AZ

"Türk Hava Yolları" Ermənistana uçuşlara başlayacaq

Bu barədə Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan parlamentdə keçirdiyi brifinqdəməlumatverib. Onun sözlərinə görə, bu məsələ üzrə, artıq 10 ildən artıqdır ki, müzakirələr aparılırsa da, "Türk Hava Yolları" şirkəti "siyasi səbəblərə görə" Ermənistana uçuşlar həyata keçirməyə maraq göstərməyib.

"Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Sərdar Qılıcın ölkəmizə sonuncu səfərində də bu mövzuya toxunulub. İki ölkə arasında hava sahəsində əməkdaşlığın artırılmasının zəruriliyindən danışılıb. Hazırda isə "Türk Hava Yolları" İrəvana yaxın gələcəkdə reyslərin başlayacağını açıqlayıb",- komissiya sədri jurnalistlərin diqqətinə çatdırıb.

O söyləyib ki, prosesin başlayacağı dəqiq vaxt hələ məlum deyil; ilkin mərhələdə texniki və hüquqi məsələlər, o cümlədən lisenziyalaşdırma öz həllini tapmalıdır.

"Bu işlər çox uzun çəkməyəcək. Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlərin normallaşmasına hər hansı maneə yoxdur. İrəvan Ankaradan fəal addımlar gözləyir",- Sarkis Xandanyan deyib.

Məlumat üçün bildirək ki,Türkiyə ilə Ermənistan arasında 1991-ci ildən bəri diplomatik əlaqələri yoxdur, dövlət sərhədi isə 1993-cü ildən bağlıdır.Belə bir vəziyyət Türkiyənin Dağlıq Qarabağla əlaqədar Azərbaycanın mövqeyini dəstəkləməsi, habelə 1915-ci ildə qondarma "erməni soyqırımı"nın İrəvan tərəfindən dünyadan tanıdılması fonunda meydana gəlib. 2021-ci ilin dekabrında ölkələr münasibətlərinin normallaşdırılması məqsədilə qarşılıqlı xüsusi nümayəndələr irəli sürüblər.

Firudin Həmidli
AzVision.az
Seçilən
76
1
azvision.az

2Mənbələr