Olaylar.az xəbər verir ki, ABŞ-ın Gömrük və Sərhəd Xidməti komandası 29 sentyabrdan 11 oktyabra qədər Ermənistan sərhəd qüvvələri ilə birgə fəaliyyət göstərəcək. Komanda sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə imkanların qiymətləndirilməsini aparacaq və inkişaf etdirilməsi vacib sahələri müəyyən edəcək. Bu iş "Boşluqlar və imkanlar analiz prosesi" metodologiyası əsasında həyata keçiriləcək ki, metodologiya əvvəllər digər bölgələrdə uğurla tətbiq olunub. ABŞ səfirliyinin yaydığı məlumatda bildirilir ki, bu əməkdaşlıq strateji investisiyaların düzgün istiqamətləndirilməsinə kömək edəcək.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31