
“ABŞ-da uzunmüddətli “şatdaun” vəziyyətində təkcə bəzi dövlət işçilərinin deyil, həm də demokratların bəyəndiyi bəzi layihələrdə ixtisarlar aparıla bilər”.
Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “One America News”-a müsahibəsində deyib.
“İxtisarlar ola bilər və bu, onların (demokratların-red.) günahıdır, amma başqa şeylər də ola bilər. Biz onların ehtiyac duyduğu layihələri, sevimli layihələrini kəsə bilərdik və onlar həmişəlik kəsiləcək”, - o, uzun müddətli “şatdaun”da Ağ evin nə edəcəyi ilə bağlı suala cavabında bildirib.
ELÇİN