AZ

Serjio Konseysao Səudiyyə Ərəbistanı klubuna keçir

“Milan” və “Portu”nun sabiq baş məşqçisi Serjio Konseysao Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna rəhbərlik edə bilər.

İdmanxeber.az xəbər verir ki, Ciddə təmsilçisi yaxın günlərdə portuqaliyalı mütəxəssislə razılığa gələ bilər.

Xatırladaq ki, “Əl-İttihad” qısa müddət əvvəl fransalı Loran Blanı istefaya göndərib. Klub rəhbərliyi bundan sonra Luçano Spalletti və Rocer Şmidtlə də danışıqlar aparıb.

Seçilən
105
1
idmanxeber.az

2Mənbələr