AZ

“1993-cü il oktyabrın 3-ü – Azərbaycanın taleyini xilas edən tarix” - Deputat

"Azərbaycan tarixində unudulmaz günlərdən biri 1993-cü il oktyabrın 3-dür. Həmin gün xalqımız taleyini və dövlətçiliyini xilas etmək üçün tarixi qərar verdi".

QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova bildirib. Onun sözlərnə görə, ölkə 1990-cı illərin əvvəllərində ağır sınaqlarla üz-üzə idi. Ermənistanın hərbi təcavüzü və daxili siyasi böhran Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu:

"Bu vəziyyətdə xalqın xilası üçün güclü lider – Heydər Əliyev lazım idi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Prezident seçildi. Onun uzaqgörən siyasəti ölkədə sabitliyi bərpa etdi, iqtisadi inkişafı təmin etdi və Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Bugünkü güclü Azərbaycan isə məhz Ulu Öndərin siyasi kursunun nəticəsidir".

 

Seçilən
86
qht.az

1Mənbələr