AZ

AzMİU alimlərinin ixtirasına patent verildi

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025 0032saylı “Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorunalınma üsulu” adlı ixtirasına “Patent və Əmtəə NişanlarınınEkspertizası Mərkəzi” tərəfindən müsbət qərar verilib.

Patentin müəllifləri – AzMİU-nun “Materialşünaslıq” kafedrasınınprofessoru, “Texnologiyaların Transferi Mərkəzinin” müdiriprofessor Abbas Quvalov və həmin kafedranın dosenti SəidəAbbasovadır.

Yeni ixtira beton və inşaat qarışıqlarının keyfiyyətini artırmaqməqsədilə üzvi-mineral modifikatorların əldə olunmasını nəzərdətutur. Bu texnologiya tikinti sənayesinə mühüm üstünlüklərqazandırır. Belə ki, modifikatorun tətbiqi nəticəsində betonun suyavə şaxtaya davamlılığı yüksəlir, çatlama və deformasiyalara qarşıdayanıqlıq əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, yenitexnologiya ekoloji baxımdan daha təhlükəsizdir və dayanıqlıinkişaf prinsiplərinə xidmət edir.

İqtisadi baxımdan da böyük səmərəlilik təmin edən bu üsul əlavəenerji və xammal sərfinin azalmasına, nəticədə isə tikintişirkətlərinin daha az xərc hesabına yüksək keyfiyyətli nəticə əldəetməsinə şərait yaradır. İxtiranın geniş tətbiq sahəsi vardır: o,yaşayış binalarının inşasında, sənaye obyektlərinin tikintisində,yol və körpü layihələrində, eləcə də hidrotexniki qurğularınyaradılmasında uğurla istifadə oluna bilər.

Bu patent AzMİU-da həyata keçirilən elm və innovasiya yönümlüinkişaf strategiyasının parlaq nəticələrindən biridir.Universitetin alimləri tərəfindən ərsəyə gətirilən ixtiralarölkənin tikinti sənayesinin modernləşdirilməsinə, yenitexnologiyaların istehsalata tətbiqinə və elmi nailiyyətlərinpraktik dəyərə çevrilməsinə xidmət edir.

Qeyd edək ki, bu kimi uğurlar təkcə Azərbaycanın tikintisahəsinin inkişafına deyil, həm də beynəlxalq miqyasda ölkəmizinelmi potensialının tanınmasına mühüm töhfə verir.

Məqalədə:
Seçilən
117
6
az.trend.az

8Mənbələr