AZ

Dövlət Xidmətindən “Red Wolf” haker qruplaşması ilə bağlı xəbərdarlıq

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Red Wolf" adlı haker-aktivist qruplaşması ilə bağlı xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır. 

Qrup əsasən "DDoS" tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir. Pepperoni pizza

Kiberqruplaşmanın 6 avqustda Rusiyanın haktivist qruplaşması olan "NoName057(16") ilə ittifaq elan etdikdən bir neçə saat sonra "Red Wolf" Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başladıb, "Operation Germany" adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş "DDoS" hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən "CheckHost" hesabatını paylaşıb.


Telegram kanalımız
Seçilən
95
yenisabah.az

1Mənbələr