AZ

ABŞ sərhəd xidməti nümayəndələri Ermənistana gəlib

BAKI, 3 oktyabr. TELEQRAF

Ermənistana ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin nümayəndələri gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 11-dək ABŞ komandası Ermənistanın sərhəd qoşunları ilə birlikdə çalışaraq imkanların qiymətləndirilməsini həyata keçirəcək və inkişaf etdirilməsi vacib sahələri müəyyən edəcək.

"Bu təşəbbüs "Peace Crossroads" (Xalqların Sülh Nöqtəsi) proqramı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan ilk addımdır. Proqramın əsası ABŞ Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan arasında avqustun 8-də Vaşinqtonda imzalanmış memorandumla qoyulub",- məlumatda deyilir.

Seçilən
9
teleqraf.com

1Mənbələr