AZ

Paşinyan elan etdi: "Yaxın vaxtlarda bölgədə nəqliyyat kommunikasiyaları açılacaq"


Ermənistanın Baş naziri Nikol Paşinyan Tsaxkadzorda "Dağ-mədən sənayesi" forumunda mühüm açıqlamalarla çıxış edib. Erməni baş nazir bölgədə nəqliyyat kommunikasiyaları barədə danışıb. O elan edib ki, yaxın vaxtlarda Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması mütləq baş tutacaq. SİTAT: "Əminəm ki, Ermənistan və Azərbaycan arasında təsdiqlənmiş sülh, həmçinin regional infrastrukturların və nəqliyyat kommunikasiyalarının yaxın zamanda mütləq baş tutacaq gözlənilən açılışı dağ-mədən sənayesi üçün daha əlverişli mühitin formalaşmasına kömək edəcək", - o bildirib. Erməni baş nazirin bu açıqlaması artıq Ermənistan mətbuatında qızğın müzakirələrə səbəb olub. Media N.Paşinyandan bu barədə daha konkret tarix göstərməsini istəyir.

Mətləb Salahov

Seçilən
97
baki-xeber.com

1Mənbələr