AZ

“Ermənistanla Azərbaycan arasındakı saziş davamlı sülh üçün real perspektivlər açır” - Avropa Parlamentinin sədri

“Ermənistanla Azərbaycan arasında imzalanmış saziş davamlı sülh üçün real perspektivlər açır”.

Missiya.Az xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra özünün “X” sosial media hesabında yazıb.

“Kopenhagendə Avropa Siyasi Birliyinin növbəti sammitinə ev sahibliyi edəcək Ermənistanın Baş naziri ilə gözəl görüşüm oldu”, - deyə siyasətçi vurğulayıb.

Metsola qeyd edib ki, mən Ermənistanla Azərbaycan arasında imzalanmış və davamlı sülhə real ümid verən sazişi alqışladım.

Daşqın HəsənovMissiya.Az

Seçilən
72
1
missiya.az

2Mənbələr