AZ

KİV: ABŞ Venesuelanın işğalına hazırdır

ABŞ hərbçiləri narkotik kartelləri ilə mübarizə çərçivəsində Venesuelada bir neçə obyektin ələ keçirilməsi əməliyyatına başlamağa hazırdırlar...

Poliqon xəbər verir ki, bu barədə The Washington Examiner yazır.

Qəzet qeyd edib: "Hərbi strateqlər toplanmış qüvvələrin hazırda Venesuelada limanlar və aerodromlar kimi mühüm strateji obyektləri ələ keçirmək və saxlamaq üçün kifayətdir".

Qəzetin yazdığına görə, ABŞ-ın ölkədəki hərbi qüvvələri narkotik kartellərinə qarşı əməliyyatlar üçün tələb olunandan xeyli böyükdür.

"ABŞ-ın Venesuelada mümkün hərbi əməliyyatına gəldikdə vəziyyət gərginləşir", deyə WE yekunlaşdırır.

Oktyabrın 3-də ABŞ prezidenti Donald Tramp ABŞ-ın narkotik kartelləri ilə silahlı münaqişəyə girdiyini bəyan edib. Bu fonda ABŞ senatorları Pentaqondan Karib hövzəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə yönəlmiş hərbi əməliyyatlar üçün tutarlı əsaslar təqdim etməyi tələb ediblər.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr