AZ

Naxçıvan İnnovasiya Mərkəzinin açılışı olub

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdəinnovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir.Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan DövlətUniversitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzininaçılışı baş tutub.

Trend xəbərverir ki, mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi,dövlət qurumlarının nümayəndələri, o cümlədən Naxçıvandan olanstartap qurucuları iştirak ediblər.

Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nınsədri Fərid Osmanov Naxçıvan İnnovasiya Mərkəzinin yaradılmasınıregional innovasiyaların genişlənməsində mühüm mərhələ olduğunuvurğulayıb:

“Bakı və Sumqayıtdan sonra artıq Naxçıvanda da belə bir mərkəzintəsis edilməsi innovasiya infrastrukturunun əlçatanlığının təminedilməsi baxımıdan bu bölgə üçün əhəmiyyətli hadisədir. Bu mərkəzsadəcə ofis məkanı deyil, burada startaplar müxtəlif inkişafproqramlarında iştirak etmək, mentor dəstəyi almaq, investorlarlagörüşlər keçirmək və tədbir təşkil etmək imkanından faydalanabiləcəklər. Burada innovasiya mədəniyyəti formalaşıbgenişlənəcək”.

Tədbirin salamlama hissəsində, həmçinin Naxçıvan DövlətUniversitetinin rektoru Elbrus İsayev, rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış ediblər. OnlarİRİA-nın bölgələrdə ekosistem quruculuğu sahəsində gördüyü işləriyüksək qiymətləndiriblər və Naxçıvan İnnovasiya Mərkəzininaçılışını ətraf bölgələrdən olan innovativ düşüncəli gənclər üçünyeni perspektivlər yaradacağını diqqətə çatdırıblar.

Daha sonra İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri ElvinHacıyev Naxçıvan İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib.O bildirib ki, Mərkəzdə müasir texnoloji həllərin hazırlanması vəsınaqdan keçirilməsini mümkün edən Aparat və Proqram TəminatıLaboratoriyası, ideyaların prototiplərə və praktik layihələrəçevrilməsi istiqamətində Texnologiya və Mühəndislik Laboratoriyasıfəaliyyət göstərəcək. Bundan əlavə, innovatorlar, tələbələr vəümumiyyətlə innovasiya ilə maraqlanan hər kəs üçün əməkdaşlıq vəortaq fəaliyyət mühitini yaradan kovörkinq və tədbir məkanlarıistifadəyə veriləcək.

Tədbirin yekununda Naxçıvan Dövlət Universitetinin İnformasiyatexnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli Naxçıvan DövlətUniversitetinin innovasiya ekosisteminin quruculuğu fəaliyyətlərihaqqında ətraflı təqdimatla çıxış edib.

Seçilən
46
6
az.trend.az

7Mənbələr