UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub.
İdmanxeber.az xəbər verir ki, azarkeşlərin səsverməsinin nəticəsinə əsasən, “Qarabağ”ın futbolçusu Emmanuel Addainin “Kopenhagen”ə vurduğu qol bu ada layiq görülüb.
Qeyd edək ki, gənc hücumçu sözügedən qarşılaşmada (2:0) Ağdam təmsilçisinin ikinci qolunu rəqib qapısından keçirib.