AZ

Astanada qlobal energetika tədbirində müzakirələr davam edir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astana şəhərində qlobal energetika gündəliyinin əsas hadisələrindən biri olan “Kazakhstan Energy Week – 2025” və XVI “KAZENERGY” Avrasiya Forumu davam edir.

AZƏRTAC xəbər verir ki, forumda “Yeni enerji nizamı: orta güclərə diqqət” mövzusunda plenar iclas keçirilir.

“Kazakhstan Energy Week – 2025” forumunun əsas müzakirə mövzusu orta güclərin başlıca rol oynayacağı yeni enerji nizamının formalaşmasıdır.

Plenar iclasın iştirakçıları təbii ehtiyatların, sənaye potensialının və dəyişən şərtlərə uyğunlaşmaq üçün çevikliyin unikal kombinasiyası ilə bu ölkələrin gələcəyin qlobal enerji proseslərinə necə təsir göstərə biləcəyini araşdıracaqlar.

Onların yaşıl enerjinin inkişafında, texnoloji innovasiyaların tətbiqində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində roluna xüsusi diqqət yetiriləcək. Bu amillər enerji təhlükəsizliyinin gücləndirilməsi və qlobal enerji təchizatının şaxələndirilməsi üçün həlledici olacaq.

“Kazakhstan Energy Week – 2025” ən aktual enerji problemlərinin müzakirəsi, yeni həll yollarının işlənib hazırlanması, regional və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq platformadır. Bu il tədbirdə 50 ölkədən 2500-dən çox nümayəndə və 300-dən çox iri şirkətin təmsilçisi iştirak edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
azertag.az

2Mənbələr