Suqovuşan döyüşü İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsinin ən mühüm əməliyyatlarından biri sayılır. Suqovuşan–Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin 77-ci tank taboruna məxsus 4 tank məhv edilib, 3 tank isə qənimət götürülüb. Eyni zamanda, Ermənistan ordusunun 5-ci dağatıcı alayına məxsus hərbi texnika məhv edilib, şəxsi heyəti arasında ciddi itkilər qeydə alınıb.Prezident İlham Əliyev Madagizin tarixi adının bərpası ilə bağlı fərman imzalayaraq kəndin Suqovuşan adlandırılmasını rəsmiləşdirib. Dövlət başçısı 2021-ci il oktyabrın 3-də Suqovuşan və Talış kəndlərinə səfər edərək Azərbaycan bayrağını qaldırıb.Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta