AZ

İsrail Hizbullahın hərbi obyektinə zərbələr endirib

İsrail ordusu Livanın cənubunda atəş və müdafiə sistemlərinə nəzarət etmək üçün istifadə edilən və terror fəaliyyətinin qeydə alındığı Hizbullahın hərbi obyektinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, obyektdə silahlara, hərbi obyektlərə və yeraltı infrastruktura hücum edilib.

Hərbçilər qeyd ediblər ki, belə bir obyektin olması və orada terror fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır.

Seçilən
53
ucnoqta.az

1Mənbələr