AZ

FIFA 2026-ci il dünya çempionatının rəsmi topunu təqdim etdi - FOTO

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-ci il dünya çempionatının rəsmi topunu təqdim edib.

İdman.biz xəbər verir ki, məlumat beynəlxalq futbol qurumunun saytında dərc edilib.

Qeyd olunur ki, “Trıonda” adlanacaq topun dizaynında qırmızı, mavi və yaşıl rənglərdən istifadə olunub. Rənglər ev sahibləri olan Kanadanı, Meksikanı və ABŞ-nin simvollarını təcəssüm etdirir.

Topda həmçinin Kanadanı qızılağac yarpağı, Meksikanı qartal və ABŞ-ni ulduz motivləri ilə təmsil edən elementlər var.

İdman.biz

Məqalədə:
Seçilən
115
2
idman.biz

3Mənbələr