Türkiyəli milyarder Ömər Sabancının eks-gəlini, "Sen Çal Kapımı" serialının ulduzu, aktrisa Hande Erçel Parisdə mini libasda kamera qarşısına keçib.
Publika.az xəbər verir ki, o, fotolarını "Instagram"da paylaşıb.
Hande Erçel boz rəngli mini don geyinib, görünüşünü vurğulayan çəhrayı əlcəklər, qızılı sırğalar və platformalı ayaqqabılarla tamamlayıb. Saçları iri dalğalarla düzəldilib, ona axşam makiyajı edilib.
Avqust ayında Hande Erçel ilə Hakan Sabancı arasında ayrılıq xəbərləri yayılıb. Aktrisa uzun müddət sosial şəbəkələrdə heç bir paylaşım etməyib.