Bakının bir sıra yollarında tıxac yaranıb.
Publika.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
2. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;
3. Zərifə Əliyeva küçəsində;
4. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;