AZ

KİV: “Tomahawk” raketlərinin Ukraynaya çatdırılması ehtimalı azdır

ABŞ-ın “Tomahawk” raketlərini Ukraynaya çatdırması baş tutmaya bilər.

APA xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmisinin və daha üç mənbənin açıqlamasına istinadən məlumat ayıb.

Məlumatda qeyd olunur ki, bu raketlərin Ukraynaya verilməsi qeyri-real ola bilər. Çünki mövcud ehtiyatlar ABŞ Hərbi Dəniz Qüvvələri və digər məqsədlər üçün nəzərdə tutulub.

Adının çəkilməsini istəməyən bir məmur qeyd edib ki, ABŞ-ın bu raketlərdə heç bir çatışmazlığı yoxdur. O əlavə edib ki, Vaşinqton avropalı müttəfiqlərinə digər uzaqmənzilli silahlar almağa və onları Ukraynaya tədarük etməyə icazə verə bilər. Ancaq “Tomahawk”ın konkret transferi çətin görünür.

Seçilən
21
1
apa.az

2Mənbələr