AZ

"Rotor" və "Fakel"in keçmiş futbolçusu faciəvi şəkildə dünyasını dəyişib

“Rotor” və “Fakel” futbol klubunun keçmiş hücumçusu Maksim Bondarenko 44 yaşında dünyasını dəyişib. 

Qaziler.az bildirir ki, bu barədə Volqoqrad komandasının mətbuat xidməti xəbər verir. Faciənin səbəbi açıqlanmayıb.

"Klubumuzun keçmiş hücumçusu Maksim Viktoroviç Bondarenkonun bu gün faciəli şəkildə dünyasını dəyişməsini dərin hüznlə bildiririk. Onun 44 yaşı var idi. Rotor İdman Klubu Maksimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, klubun açıqlamasında deyilir", - məlumatda deyilir.

İdmançı Volqoqradda anadan olub. O, peşəkar futbolçu karyerasına 1998-ci ildə doğma klubu "Rotor"da başlayıb. Bondarenko əvvəlcə ikinci divizionda əvəzedici komandada çıxış edib, bir ildən sonra isə əsas komandaya keçib.

QAZİLER.AZ

 

Seçilən
11
qaziler.az

1Mənbələr