AZ

Makqreqor Ağ Evdə keçiriləcək UFC tədbirində iştirak edəcək


Keçmiş “Ultimate Fighting Championship” (UFC) çempionu irlandiyalı Konor Makqreqor Ağ Evdə keçiriləcək UFC yarışında iştirak etmək üçün müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idmançı “Fox News” kanalının aparıcısı Şon Hannitiyə məlumat verib.
"Saziş hazırlanıb, imzalanıb, təhvil verilib”, - döyüşçü deyib.
Qeyd edək ki, daha əvvəl UFC rəhbəri Dana Uayt Ağ Evdə UFC döyüşünün 2026-cı il iyulun 4-də keçiriləcəyini açıqlayıb.
İyulun əvvəlində ABŞ Prezidenti Donald Tramp Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünü qeyd edən tədbirlər çərçivəsində 2026-cı ildə Ağ Evin ərazisində UFC döyüşünün keçiriləcəyini bildirib.
Seçilən
27
yeniavaz.com

1Mənbələr