Bunu Demokrat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. O bildirib ki, əgər Türkiyə regionunda bu cür zəlzələlər baş verirsə, ətraf regionların sabit qalması mümkün deyil:
“Təbii ki, İran ərazisi silkələnəcək, Gürcüstan silkələnməyə məruz qala bilər. Çünki bu ocaqlar hamısı bir-birinə bağlıdır. Seysmologiyada seysmik ocaqların miqrasiyası adlı bir anlam var. Bu da bir amildir. Seysmik ocaqlar yerlərini dəyişirlər.
Bütün bu seysmik aktivlikdə Azərbaycan sabit qala bilməz. Azərbaycanda da müxtəlif ocaqlar var. Lakin digər regionlara nisbətdə o dərəcə intensiv deyil ki, güclü və dağıdıcı zəlzələlər baş versin. Hiss olunan zəlzələlər qaçılmazdır. 3-5 maqnitudalı zəlzələlər baş verə bilər. Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi aktivdir, Oğuz-Qəbələ, Quba-Şabran, Talış seysmik zonası da aktiv zona sayılır".
Cavidan Mirzəzadə
Demokrat.az