AZ

Tehran Universitetində partlayış baş verib » AzadMedia.az


Tehran Universitetində bu gün baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Binanın özünə də ziyan dəyib.
Oktyabrın 2-də Tehran Universitetində partlayış olub. Müvafiq məlumatı Əhmədabadın Mahmud Nili Universitetinin rektoru təsdiqləyib.

O, azot kapsullarının laboratoriyada partladığını qeyd edib.

Partlayış nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Onlardan ikisi ağır, ikisi isə yüngül xəsarətlər alıb.

Rektor onu da bildirib ki, laboratoriya tamamilə dağılıb. Partlayış o qədər güclü olub ki, binanın pəncərələri, qapıları və divarları zədələnib.
Seçilən
20
1
azadmedia.az

2Mənbələr