AZ

Niderlandın Baş naziri Azərbaycanla əlaqələri yüksək qiymətləndirir

Niderlandın Baş naziri Dik Sxof özünün “X” hesabında Prezident İlham Əliyevlə Kopenhagendə keçirdiyi görüşlə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, paylaşımda görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin müzakirə olunduğu bildirilib.

“Bu gün Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Mən Azərbaycanla əlaqələrimizi və Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirdiyimi ifadə etdim. Biz ticarət, logistika və dənizlə bağlı sahələrdə əlaqələrimizin genişləndirilməsi fürsətlərini müzakirə etdik”, - Niderlandın Baş naziri paylaşımında qeyd edib.

Seçilən
62
7
apa.az

10Mənbələr