AZ

Tehran Universitetində partlayış: Ölən və yaralananlar var

İranda Tehran Universitetinin laboratoriyasında partlayış baş verib.

Bizim.Media Mehr agentliyinə istinadən xəbər verir ki, bunu universitetin rektoru Mahmud Nili Əhmədabadi bildirib.

Onun sözlərinə görə, hadisə laboratoriyada azot kapsulunun partlaması nəticəsində baş verib.

Rektor əlavə edib ki, laboratoriya tamamilə dağılıb, partlayışın təsiri ilə binanın qapıları, pəncərələri və divarları zədələnib.

Tehran Bələdiyyəsinin yanğın xidmətinin nümayəndəsi bildirib: “Təəssüf ki, bu hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər ciddi, iki nəfər isə yüngül xəsarət alıb.”

Bizim.Media

Seçilən
37
bizim.media

1Mənbələr