AZ

Britaniyada sinaqoqa hücum edən şəxs güllələnib

Ajans.az xəbər verir ki,bu barədə The Guardian nəşri Böyük Mançester Polisinə istinadən məlumat yayıb. Hadisə Krumpsall bölgəsində yerləşən sinaqoq yaxınlığında baş verib. Polis hücumun şübhəli terror aktı kimi qiymətləndirildiyini bildirib. Məlumata görə, hücumda şübhəli bilinən şəxs polis tərəfindən atəşə tutulub və öldürülüb. Lakin hüquq-mühafizə orqanları onun üzərindəki “şübhəli əşyalar” səbəbilə hələlik ölüm faktını rəsmi olaraq təsdiqləməyib. Bomba zərərsizləşdirmə qrupu əraziyə cəlb olunub və hazırda hadisə yerində təhlükəsizlik tədbirləri görülür. Polis əlavə edib ki, hücum zamanı daha üç nəfər ağır xəsarət alıb və onların vəziyyəti kritik olaraq qalır.

Hadisənin səbəbləri və hücumçunun kimliyi ilə bağlı istintaq davam edir.

Seçilən
72
Ajans.az

1Mənbələr