BAKI, 2 oktyabr. TELEQRAF
Hazırda ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayı 700-dən yuxarıdır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayı 2025-ci ilə kimi 100 nəfərə yaxın idi.
“Bu da əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq artım deməkdir. Bu dinamika cəmiyyətdə orqan donorluğuna marağın sürətlə artdığını göstərir”, - məlumatda qeyd olunub.