Tesla və SpaceX-in rəhbəri, X sosial şəbəkəsi və Neuralink şirkətinin sahibi Maskın sərvəti 500 milyard dollara çatıb. Bir neçə saat sonra isə sərvəti 500,5 milyard dollar səviyyəsinə yüksəlib.
KONKRET.az Forbes jurnalına istinadən bildirir ki, bu yüksəlişin əsas səbəbi Maskın ABŞ hökumətinin səmərəlilik agentliyinin rəhbəri vəzifəsindən istefa verib, diqqətini biznesə yönəltməsidir.
Musk hal-hazırda Forbes milyarderlər siyahısında liderdir. Onun ardınca isə bu şəxslər gəlir:
Larri Ellison (Oracle) – 351,6 milyard dollar
Mark Zukerberq (Meta) – 246,1 milyard dollar
Ceff Bezos (Amazon) – 233,2 milyard dollar
Larri Peyc (Google) – 20 milyard dollar
Qeyd edək ki, əvvəlki rekord da Maska məxsus idi. O, ötən ilin dekabrında sərvəti 400 milyard dolları keçən ilk insan olmuşdu.
Müşviq Tofiqoğlu
KONKRET.az