AZ

“Məktəbli avtobusları üçün təyin olunan qiymətlər valideynlərin cibinə uyğun deyil” Elşən Qafarov

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Məktəbli avtobuslar cəmi 1200 nəfər üçün nəzərdə tutulub. Bunu o qədər böyük hay-küylə təqdim edirlər ki, elə bil böyük bir iş görülüb. Halbuki, təkcə Bakı şəhərində 500 mindən artıq şagird oxuyur. Bu da onların cəmi 0,2–2 faizini əhatə edir. Reallıq budur ki, bu, həm də biznes layihəsidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlmasında təhsil eksperti Elşən Qafarov bildirib.

“Artıq məktəblərə təqdim olunub və aylıq ödənişlər 100 manatdan 250 manata qədərdir. Valideynlərin isə bunu ödəməyə imkanı yoxdur.

Digər tərəfdən, cəmi Bakı məktəblərində oxuyan şagirdlərin 0,2 faizini əhatə etdiyinə görə bu, çox kiçik layihədir. Amma o qədər bəh-bəhlə, canfəşanlıqla təqdim edirlər ki, sanki təhsil problemləri həll olunub. Gəlin özümüz-özümüzü aldatmayaq.

Oktyabrın 1-də dərslərin başlamasından 15 gün keçib, amma hələ də birləşmiş məktəblərin yüzlərlə şagirdi çöldə qalıb. Hələ də məktəblərdə dərs bölgüsü yekunlaşmayıb, dərs cədvəlləri tam yerinə yetirilməyib. Böyük məktəblərin əksəriyyətində xaos hökm sürür. Bakı məktəbləri xaotik idarə olunur”.

Ekspert qeyd edib ki, ölkənin təhsili demək olar ki, idarə olunmur.

“Hər regional idarə özü üçün imtahan elanları verir. Kim necə istəyir, təhsildə elə də davranır.

5 oktyabr yaxınlaşır. Hamını da maraqlandıran məktəblərdə pul yığımı məsələsidir. Müəllim sanki yalnız pul yığmaq üçün nəzərdə tutulub.

Niyə məktəbi biz bu şəkildə təqdim etməliyik? Emin Əmrullayev çıxış edir, deyir ki, bu, bizə aid deyil. Bəs ölkənin təhsilində baş verənlər necə aid olmur? Təhsil büdcəsi darmadağın edilir: bir təmirə 3 milyon, digərinə 1 milyon, o birisinə yenə milyonlarla pul xərclənir.

Bu ölkənin təhsil büdcəsini dağıtmaq sənə aiddir. Məsuliyyət sənə aid deyilmi? Mən ölkə tarixində nə belə nazir, nə də təhsil tarixində belə məmur görməmişdim.

Dünya vecinə deyil. Danışanda da ağzına gələn sözləri bir-birinə qarışdırır”-deyə ekspert əlavə edib.

Elşən Qafarov vurğulayıb ki, avtobuslar üçün təyin olunan qiymətlər valideynlərin cibinə uyğun deyil.

“Ödənişlər aylıq 100 manatdan başlayıb 250 manata qədərdir.  Bəs avtobuslara nə qədər pul ayrılacaq? Bu xidməti hansı şirkətlər təşkil edəcək? Emin Əmrullayevin dostları, yaxud ona yaxın şəxslərin şirkətləri olacaqmı?

Necə ki, məktəb bufetləri ayrı-ayrı şirkətlərə verildi və məktəblərə bunun heç bir aidiyyəti yoxdur. Guya iaşə xidmətini təşkil edirlər, amma əslində böyük biznes layihəsidir.

Orta hesabla hər bir şagird üçün həmin şirkətlərə təhsil nazirliyinin hesabına 52 qəpik ödənilir. Gözləyək görək avtobuslar məsələsi necə olacaq”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr