ABŞ və NATO ölkələri kəşfiyyat məlumatlarını toplayıb Ukrayna qüvvələrinə ötürür.
Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Diplomat qeyd edib ki, Rusiya bundan çoxdan xəbərdardır: "Kəşfiyyat məlumatlarının mübadiləsinin deyil, NATO və ABŞ-nin kəşfiyyat məlumatlarının toplanması və Ukrayna tərəfinə ötürülməsində iştirak etməsi faktı göz qabağındadır.
Amerika Birləşmiş Ştatları Ukraynaya davamlı olaraq onlayn kəşfiyyat məlumatları ötürür. Bu, yeni deyil".