İngiltərənin Mançester şəhərində sinaqoqun qarşısında bıçaqlı hücum baş verib.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Polisin məlumatına görə, hücumu törədən şəxs zərərsizləşdirilib və vurularaq ölüb.
Mançester meri Endi Burnham açıqlamasında bildirib: "Təhlükə artıq aradan qalxıb".