AZ

Mançesterdə sinaqoqa hücum: 4 nəfər xəsarət alıb, şübhəli polis tərəfindən güllələnib  

İngiltərənin Mançester şəhərində yerləşən Hiton Park Sinaqoquna avtomobil və bıçaqla edilən hücum nəticəsində dörd nəfər xəsarət alıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hücum edən şəxs polis tərəfindən güllələnib. Onun vəziyyəti barədə hələlik dəqiq məlumat verilməyib. Böyük Mançesterin meri Endi Börnhem baş verənləri ciddi insident adlandırıb.

Baş nazir Kir Starmer isə hücumun yəhudi təqviminin ən müqəddəs günü olan Yom Kippurda baş verməsini xüsusilə dəhşətli adlandırıb. O, bu səbəbdən Danimarkaya səfərini yarımçıq dayandıraraq Londonda təcili “Cobra” toplantısına sədrlik edəcək.

Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı təsdiqlənib.

Seçilən
30
6
azerbaijan-news.az

7Mənbələr