AZ

III MDB Oyunları: Azərbaycan qılıncoynadanlarından ilk gündə medal qazanan olmadı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qılıncoynatma yarışlarında birinci gün davam edir.

Fanat.Az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışlarda Azərbaycanın 8 təmsilçisi qrup mərhələsindən mübarizəyə qoşulub. 

Bütün idmançılar qrupdan çıxsalar da, medalçılar sırasında yer almayıblar.

Onlardan Əli İsmayılov, Nəcəf Şabanlı, Ayxan İslamzadə, Abdulmalik Nəsibzadə, Nail Məmmədli 1/16-də, Rəsul Əliyev, Timur Hüsnəddinov 1/8-də, Abbas Səmədli isə 1/4 finalda məğlub olublar.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
34
4
fanat.az

5Mənbələr