Bakı.Trend:
Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxstutulub.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-də Yevlax rayonu ərazisində 1996-cıil təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindənxəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırmaaparılıb.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadəninrayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmışmübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdənöldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Yevlaxrayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edilib ki, Mahir Baxşalızadə polis əməkdaşları tərəfindənsaxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindənşübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.