AZ

“Ukraynaya birinci müdafiə xətti kimi baxmalıyıq” – Frederiksen

“Avropa ölkələri Rusiyanın yaratdığı təhlükənin reallığını lazımi səviyyədə qiymətləndirmir və özlərini müdafiə etmək üçün çox ləng addımlar atırlar”.

Busaat.az xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti öncəsi mətbuat konfransı zamanı deyib.

Danimarkanın baş nazirinə Avropanın müdafiə və hibrid hücumlara qarşı müdafiə baxımından çox ləng hərəkət edib-etmədiyini soruşduqda, Frederiksen heç bir ölkənin kifayət qədər tez hərəkət etmədiyini bildirdi. Onun sözlərinə görə, hamı Rusiyanın nə qədər böyük təhlükə olduğunu başa düşməmişdi.

“Ancaq heç nə etmədiyimizi deyə bilmərik, çünki biz çox şey edirik.

Ümid edirəm ki, hamı başa düşəcək ki, biz Ukraynaya birinci müdafiə xətti kimi baxmalıyıq. Ukraynada etdiyimiz hər şey özümüzün və Avropanın qalan hissəsinin qorunmasına töhfədir”, -deyə Danimarkanın baş naziri bildirib.

Yeganə

Seçilən
37
busaat.az

1Mənbələr