AZ

Mançesterdə sinaqoqa hücum –Hucum edən güllələndi

Böyük Britaniyanın Mançester şəhərində sinaqoqa silahlı hücum olub.

Daily Mail yazır ki, naməlum şəxs ibadətgahda insanlara bıçaqla xəsarət yetirib.
Azpost.az xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Məlumata görə, polis əməkdaşları operativ şəkildə hadisə yerinə gəlib və hücum edən şəxsi zərərsizləşdiriblər. Şübhəli polis tərəfindən güllələnərək öldürülüb.

Təcili tibbi yardım xidməti baş verənləri “böyük insident” kimi qiymətləndirib və əhalidən Krampsoll bölgəsindəki Middleton-Road ətrafından uzaq durmağı xahiş edib. Əraziyə giriş bağlanıb, hazırda polis və xilasedicilər iş aparır.

Böyük Mançesterin meri Endi Bernhem hadisəni təsdiqləyib. O, polis əməkdaşlarının və təcili yardım xidmətlərinin peşəkar fəaliyyətini yüksək qiymətləndirərək, hazırda birbaşa təhlükənin olmadığını bildirib.

Hazırda yaralıların sayı və vəziyyəti barədə rəsmi məlumat açıqlanmayıb. Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

AzPost.az

Seçilən
77
azpost.info

1Mənbələr