Lətif bəy Vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş, mərdliyi, vətənpərvərliyi və xidmət yolu ilə hər zaman hörmət və ehtiram qazanan ziyalı, ailəcanlı və nümunəvi bir insan kimi tanınıb. Onun döyüş yolu və keçdiyi şərəfli həyat yolu Qarabağ uğrunda mübarizə aparan minlərlə qazimizin taleyi ilə səsləşir.
Bu gün biz təkcə bir insanı deyil, bir Vətən övladını, bir ailənin dayağını, bir ictimai dəyəri itirmiş oluruq. Onun xatirəsi hər zaman ehtiramla yad ediləcək.
AzQMƏVŞAİB-in idarə heyəti və çoxminli üzvləri ilə Məlahət xanım başda olmaqla bütün ailəsinə dərin hüznlə baş sağlığı veririk. Bu ağır itkini hər birimizin kədəri kimi qəbul edir, səbr və dözüm diləyirik.
Allah rəhmət eləsin.
Ruhu şad, məkanı cənnət olsun.
