AZ

Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün “Bacarıqlarına sahib ol” layihəsi başa çatdı - FOTOLAR

Göyçay rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Bacarıqlarına sahib ol” adlı layihə başa çatmışdır.

QHT.az xəbər verir ki, layihə çərçivəsində müəyyən edilmiş sağlamlıq imkanları məhdud şəxslər dəvət olunmuş, onların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər təşkil edilmişdir. İcra müddətində iştirakçılar bacarıqlarına uyğun olaraq peşəyə yiyələnmişlər.

Layihənin sonunda xüsusi qayğıya ehtiyacı olan şəxslərin bacarıqlarından ibarət sərgi təşkil olunmuş və bu sərgi onların gələcək həyatları üçün mühüm motivasiya olmuşdur.

Seçilən
41
qht.az

1Mənbələr