AZ

Yasamalda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub - FOTOLAR

Azərbaycan Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Yasamal rayon prokurorluğunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RIH-in aparat əməkdaşları, rayon Prokuroru Elman Süleymanov və rayon prokurorluğunun əməkdaşları, həmçinin Yasamal rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. 

Yasamal rayon Prokuroru Elman Süleymanov çıxış edərək prokurorluq orqanlarından yüksək diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə dərin ehtiramını ifadə edərək, bildirdi ki, Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da nizam-intizamın və qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək və üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək. Rayon prokuroru prokurorluq orqanlarının zəngin tarixindən söz açdı, qarşıda duran vəzifələr barədə danışdı.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi  hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsidir. Qeyd etdi ki, Azərbaycan prokurorluğu yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, ordumuzun igidliyi ilə düşmən işğalından azad edildi və suverenliyimiz tam bərpa edildi. Artıq Qarabağda yeni prokurorluq idarələri tam fəaliyyət göstərir.  Qarabağa qayda-qanun, hüquq və ədalət qayıdır.Vaxtilə Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətmiş erməni cəlladları isə məsuliyyətə cəlb ediliblər.

Tədbirdə həmçinin cıxış edən Yasamal rayon məhkəməsinin sədri Anar Tanrıverdiyev, Yasamal rayon polis idarəsinin rəisi Mirnemət Mirbabayev, rayon DTX-nın rəisi Fuad Təhməzov prokurorluq əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etdilər və öz arzularını çatdırdılar.Tədbirdə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Prokurorluğunun bir sıra əməkdaşlarına “Fəxri fərmanlar” təqdim edildi. Sonda xatirə fotosu çəkildi.

Seçilən
84
50
unikal.az

10Mənbələr