AZ

İlon Maskın sərvəti 500 milyard dollara çatdı

Tesla-nın baş direktoru İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs oldu.

Turkustan.az xəbər verir ki, Forbes-in real vaxt milyarderlər siyahısına görə, Muskın sərvəti Türkiyə vaxtı ilə saat 22:30-da 500 milyard dollara çatıb.

Ticarət gününün sonunda Maskın sərvəti 499,1 milyard dollar olaraq qeydə alınıb.

Maskın sərvətindəki artım Tesla səhmlərinin bərpası, həmçinin onun süni intellektlə işləyən xAI və onun kosmik şirkəti SpaceX-in yüksək qiymətləndirilməsi ilə bağlı olub.

Elektrik avtomobil istehsalçısı Tesla-nın səhmləri ilin əvvəlindən bəri təxminən 14 faiz dəyər qazanıb.

Muskdan sonra Forbes Milyarderlər Siyahısında Oracle-ın qurucusu Larri Ellison və Meta-nın qurucusu Mark Zukerberq gəlir.

2020-ci ilin avqustunda sərvəti 100 milyard dolları keçən Mask, təxminən 190 milyard dollar sərvəti ilə ilk dəfə 2021-ci ilin yanvarında dünyanın ən varlı adamı adını qazandı.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
34
turkustan.az

10Mənbələr