AZ

SOCAR və SLB Xəzərdə “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üçün tərəfdaşlıq imzaladı

SOCAR ilə SLB şirkəti arasında Xəzər dənizindəki “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb.

Finss.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasına və bu yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.

Layihə SOCAR-ın neft hasilatını artırmaqyetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov SOCAR ilə SLB arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Layihənin qabaqcıl üsullardan istifadə etməklə yetkin yataqlarda hasilatı optimallaşdırmaq istiqamətində atılan mühüm addım olduğunu söyləyən vitse-prezident “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən qurulmasının növbəti mərhələlərinin texniki əsasının qoyulacağına inamını ifadə edib.

Fuad Mədətov
Finss.az

Seçilən
22
18
fins.az

10Mənbələr