AZ

2025 ci il, oktyabrın 4 də Bakıda “Dayaq hərəkət sisitemi xəstəliklərində kollagen tibbi vasitələrinin tətbiqi: yeni klinik təcrübələr”

Saglamolun saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci il, oktyabrın 4-də Bakıda “Dayaq-hərəkət sisitemi xəstəliklərində kollagen tibbi vasitələrinin tətbiqi: yeni klinik təcrübələr” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirin   Baku Marriot Hotel Boulevard otelində keçirilməsi nəzərdə tutulub. İnteqrativ Təbabətdə Elmi araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq  tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur klinikaların uzman doktorları  dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində Kollagen preparatının effektli təsirinə dair maraqlı mövzularla çlxış edəcəklər. Konfransın əsas spikeri Alessandro Perra isə İtaliyadan dəvət olunub. GUNA Pharmaceuticals şirkətinin Elmi şöbəsinin direktoru A.Perranın məruzəsi ”Kollagen tibbi vasitələri-Elmi araşdırmalardan sübutlar” mövzusundadır. Təxminən 150 yerli həkimin iştirakı nəzərdə tutulan  Beynəlxalq tədbirdə iştirakçılara 6 DTT balı və sertifikat veriləcək.

Beynəlxalq tədbirdə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzindən dəvət olunmuş həkim-fizioterapevt  Nuriyyə Əlibəyli, həkim nevroloq  Ülviyyə Səlimova müvafiq olaraq “Diz artrozunun müalicəsində Kollagen tibbi vasitələrinin effekttivliyi” və “Boyun ağrılarının kompleks müalicəsində Kollagen tibbi vasitələri” mövzularında çıxış edəcəklər.Ümumilikdə bütün məruzələrdə dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsin İnteqrativ yanaşma və Kollagen preparatının effektli təsiri ön plana çəkilib.Ümid edirik ki, tədbirdə  iştirak edən həkimlər spikerlərin mövzu ilə bağlı nəzəri biliklərindən  və praktiki təcrübələrindən də  yararlana biləcəklər.

Əgər  sözü gedən beynəlxalq konfrans sizi maraqlandırırsa, aşağıdakı linkə daxil olmaqla tədbirdə iştirak üçün qeydiyyatdan keçməyə tələsin.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfCpTZutJqt8OQi_dWg5ptTfz4DmFgwdC65YlRq2GuJnrq_WQ/viewform?usp=header

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
1
saglamolun.az

2Mənbələr