ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Dünən Gununsesi.info–nun Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun vəzifəsindən azad olunması ilə bağlı yaydığı xəbər təsdiqini tapıb.
Bu haqda E. Nəsibov artıq öz sosial şəbəkə hesabında məlumat yayıb.
“5 illik fəaliyyətimdən sonra təhsil sistemindən ayrılıram. Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram!”, – deyə o qeyd edib.
Qeyd edək ki, Elnur Nəsibov 2022-ci ildən etibarən Təhsilin İnkişafı Fondunun sədri idi.
Elmar
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.