"Qarabağ"ın futbolçusu Emmanuel Addainin "Kopenhagen"ə vurduğu qol Çempionlar Liqasında "həftənin qolu" mükafatına namizəd olub.
Operativ Media xəbər verir ki, bu haqda qurumun saytında qeyd edilib.
Addaidən başqa, PSV-dən İsmail Saibari, "Monako"dan Cordan Teze, "Mançester Siti"dən Erlinq Holann da namizədlər arasındadır.