AZ

Qazaxıstan startapların və vençur kapitalının çoxalması üçün şərait yaradır - Stenforddan baxış

Astana. Trend:

Qazaxıstan innovativ startaplar və qlobal texnoloji şirkətlərüçün platformaya çevrilməsinə imkan verəcək vençur ekosisteminifəal şəkildə formalaşdırır.

Trend xəbər verirki, bunu Stanford Universitetinin professoru və vençur kapitalıüzrə ekspert İlya Strebulayev Astanada keçirilən “Digital Bridge2025” forumunda deyib.

O vurğulayıb ki, Qazaxıstan yeni şirkətlərin və startaplarıninkişaf etməsi və vençur maliyyələşməsi əldə edə bilməsi üçüninfrastruktur və normativ şərait yaradır.

“Qlobal vençur kapitalının Mərkəzi Asiya da daxil olmaqlamüxtəlif regionlara gəlməsi və sahibkarların vençur düşüncəsiniqoruyub saxlaması vacibdir”, – deyə o əlavə edib.

Strebulayev həmçinin ABŞ-yə dair təsirli statistik məlumatlarıdiqqətə çatdırıb: dünyanın ən böyük on şirkətindən yeddisi vençurkapitalı əsasında yaradılıb və oxşar imkanlar indi Qazaxıstan,eləcə də regionun digər ölkələri üçün də açılır.

Məqalədə:
Seçilən
37
az.trend.az

1Mənbələr