AZ

Moskvada Bəşər Əsədi öldürməyə cəhd etdilər

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd zəhərlənmə cəhdindən xilas olub.

Bakupost.az xəbər verir ki, bu barədə “Syrian Observatory for Human Rights” (SOHR) təşkilatı mənbəyə istinadən məlumat yayıb.

Qurumdan verilən məlumata görə, hazırda onun vəziyyəti stabildir.

Qeyd olunur ki, sentyabrın 29-da Əsəd Moskvada şəhər kənarında yerləşən xəstəxanadan evə buraxılıb. Onun xəstəxanada olduğu müddətdə ona yalnız qardaşı Mahir Əsəd və prezident işləri üzrə sabiq baş katib Mənsur Əzzam yaxın dura bilib.

Mənbənin sözlərinə görə, hücumun məqsədi Rusiyanı çətin vəziyyətdə qoymaq və sabiq Suriya liderinin aradan götürülməsinə görə məsuliyyəti Moskvanın üzərinə atmaq olub.

Lalə, Bakupost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
www.bakupost.az

1Mənbələr