"Qarabağ"ın futbolçusu Emmanuel Addainin “Kopenhagen”in qapısından keçirdiyi qol UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir.

Offsideplus.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

"Qarabağ"ın "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gəldiyi matçda 24 yaşlı forvard "köhlən atlar"ın ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, Erlinq Holann, Cordan Teze, İsmael Saibari də UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər sırasındadır.