AZ

Dünyanın ən yaşlı qadını 117 yaşında

Tədqiqatçılar deyirlər ki, qadınların uzunömürlü olması sadəcə şans işi deyil.

QHT.az xəbər verir ki, 117 yaşlı Maria Branyas dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun genlərinin təhlili göstərib ki, bioloji yaşı xronoloji yaşından kiçik olub, ciddi xəstəlik riski yaradan gen variantlarına rast gəlinməyib. Bədənində xeyli miqdarda Bifidobacterium bakteriyası aşkarlanıb ki, bu da tez-tez qatıq yeməsi ilə bağlıdır. Qadında aşağı “pis” xolesterin, yüksək “yaxşı” xolesterol qeydə alınıb. O, heç vaxt siqaret və spirt istifadə etməyib, sağlamlığı ömrünün sonunadək yaxşı qalıb.
 
R.İmanov
Seçilən
19
qht.az

1Mənbələr