AZ

Makqreqor Ağ Evdə UFC turnirində iştirak edəcək

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor UFC-nin himayəsi ilə Ağ Evdə keçiriləcək turnirdə iştirak üçün müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə idmançı "Fox News Channel" telekanalının aparıcısı Şon Hennitiyə müsahibəsində bəyan edib.

UFC-nin başçısı Deyn Uayt bildirib ki, Ağ Evdə UFC döyüşü 2026-cı il iyulun 4-də keçiriləcək.

"Sövdələşmə əldə edilib, imzalanıb və çatdırılıb, Makqreqor Ağ Evdə Birləşmiş Ştatların 250 illik yubileyi münasibətilə turnirdə döyüşəcək", - deyə irlandiyalı idmançı bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İstiqlal Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi münasibətilə bayram tədbirləri çərçivəsində 2026-cı ildə Ağ Ev ərazisində UFC turniri döyüşünün keçiriləcəyinin anonsunu verib. Onun sözlərinə görə, söhbət çempion adı uğrunda "tamdəyərli döyüşün" keçirilməsindən gedir. Döyüşü təqribən 20-25 min tamaşaçının izləyəcəyi gözlənilir.

Makqreqorun 37 yaşı var. O, qarışıq döyüş növləri üzrə turnirlərdə 22 qələbə qazanıb və 6 dəfə məğlub olub. Makqreqor 2021-ci ildən UFC turnirlərinə qatılmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
oxu.az

1Mənbələr